media-a316251f-2e8f-4f7d-983d-5ba3abcc7931

Sudanın inzibati mərkəzi olan Port Sudan şəhərində yerləşən Cənub Limanında partlayışlar və yanğınlar baş verib.


Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, yanğınların yanacaq anbarına edilən hücum nəticəsində baş verdiyi ehtimal olunur.

Dünən İnsan Haqları və Hürriyyətləri (İHH) Humanitar Yardım Vəqfinin Sudana çatdırdığı humanitar yardım məhsulları məhz bu limanda qarşılanmış və burada saxlanılmışdı.
Yerli KİV-lərin verdiyi xəbərə görə, Port Sudan Beynəlxalq Hava Limanı da hücuma məruz qalıb və bütün uçuşlar dayandırılıb.
Sudan rəsmilərindən hələlik rəsmi bir açıqlama verilməyib.

Ləman Sərraf


Bənzər xəbərlər