Sumqayıtda məişət tullantılarının ekskavatorla yığılması vətəndaşların narazılığına səbəb olub – VİDEO
Sumqayıtda məişət tullantılarının ekskavatorla yığılması vətəndaşların narazılığına səbəb olub.
Patrulaz.az-a verilən məlumata görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisi, Babək küçəsində qeydə alınıb.
Hadisə anı lentə alınan görüntüdə ekskavatorun tullantıların yalnız bir qismini zibil maşınına boşaltdığı, digər qismini isə yerə tökdüyü aydın görünür.
Nəticədə, zibillərin bu cür daşınması ərazini həm çirkləndirir, həm pis qoxu yayır, həm də belə vəziyyət Babək küçəsindəki sakinlərin sağlamlığı üçün antigigiyenik vəziyyət yaradır.
Sumqayıt sakinləri xüsusən də, küləkli havada bu yolla zibil daşınmasından narazıdır. Onlar vəziyyətlə əlaqədar tədbir görülməsini istəyirlər.
Qeyd edək ki, sözügedən ekskavator tullantıların yığılması prosesi zamanı avtomobillərin də keçidinə əngəl yaradır.
Gülbəniz Səfərova