media-5645c694-dc42-499b-99ff-59ca802fba94

Pakistan vətəndaşı Hanan Abdullah internet vasitəsilə bomba hazırlamaqla bağlı təlimatlar axtardığı üçün Terrorla Mübarizə Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, həmçinin 50 min rupi məbləğində cərimə edilib.

Patrulaz.az “The Express Tribune”ya istinadən xəbər verir ki, Abdullahın “Instagram” üzərindən İraqda olduğu iddia edilən bir şəxslə bomba komponentləri barədə yazışdığı müəyyən olunub. ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) təqdim etdiyi məlumata əsasən, bu yazışmaların ardından Abdullah barəsində istintaq başladılıb.

Məhkəmənin hökmündə qeyd olunub ki, təqsirləndirilən şəxs bomba hazırlamaq üçün yalnız təlimat axtarıb. Lakin bu məlumatlardan istifadə etdiyinə və ya başqalarına ötürdüyünə dair sübut təqdim olunmadığı üçün ona qarşı maksimum cəza tətbiq edilməyib.

Qeyd edək ki, son illər Pakistan məhkəmələri internet üzərindən radikal məzmun axtaran şəxslərlə bağlı bir sıra qərarlar çıxarıb və bu cür hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən nəzarət gücləndirilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər