media-screenshot_20250703_085304_telegram

Rusiyanın İrkutsk şəhərində yerləşən 8 saylı xəstəxanada pasiyent tibb personalına hücum edib.

Patrulaz.az “Shot”a istinadla xəbər verir ki, hadisə zamanı şübhəli şəxs bıçaq və qaz balonundan istifadə edərək baş həkimin müavini və xəstəxananın katibəsini yaralayıb. Hər iki qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlər onların həyatını xilas etməyə çalışırlar.

Məlumata görə, hücum edən şəxs həyat hüququndan məhrum edildiyini düşündüyü üçün həkimi öldürmək niyyətində olduğunu bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları tərəfindən şübhəli saxlanılıb.

İrkutsk vilayəti üzrə Daxili İşlər Nazirliyinin əməkdaşı qeyd edib ki, xəstəlik heç bir halda cinayətə haqq qazandıra bilməz. Saxlanılan şəxs isə ifadəsində gördüyü şeylərin onu bu addımı atmağa vadar etdiyini deyib.

Faktla bağlı “iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər