Tibb Universitetinin tələbələri ciddi kibercinayət problemi ilə üzləşiblər
Azərbaycan Tibb Universitetinin tələbələri son vaxtlar ciddi kibercinayət problemi ilə üzləşirlər.
Patrulaz.az-ın məlumatına görə, naməlum şəxslər tərəfindən universitetin tələbə qızlarının adına saxta “İnstagram” səhifələri açılır, onların icazəsi olmadan fotoları paylaşılır və əxlaqsız məzmunlar yazılır.
Tələbələr bu vəziyyətlə bağlı universitet rəhbərliyinə dəfələrlə müraciət etsələr də, heç bir ciddi tədbir görülməyib. Zərərçəkən qızlardan biri artıq psixoloji gərginlik səbəbindən özünə zərər vermək həddinə çatıb.
Bu cür hallar həm şəxsi həyat toxunulmazlığını pozur, həm də gənc qızları psixoloji və mənəvi cəhətdən sarsıdır.
İnternet mühitində təhlükəsizliyin təmin olunması üçün kibercinayətkarlıqla mübarizə aparan mütəxəssislərdən və hüquq-mühafizə orqanlarından bu məsələyə müdaxilə etmələri xahiş olunur.