“Tottenhem” 41 ildən sonra Avropada kuboka sahib oldu
UEFA Avropa Liqasının finalında “Tottenhem” və “Mançester Yunayted” komandaları San Mames stadionunda üz-üzə gəlib.
Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, İngiltərə təmsilçiləri arasında baş tutan qarşılaşmanı “Tottenhem” komandası Brennan Consonun vurduğu yeganə qolla 1:0 hesabı ilə qazanıb və Avropanın klub səviyyəsindəki ikinci ən nüfuzlu turnirinin qalibi olub.
“Tottenhem” bu qələbə ilə Avropa arenasında 41, ümumilikdə isə 17 ildən sonra ilk dəfə kubok qazanaraq tarixində yeni bir səhifə açdı. London təmsilçisi, bu nəticə ilə gələn mövsüm UEFA Çempionlar Liqasında iştirak etmək hüququ da əldə etdi.
Ləman Sərraf