media-ffde4b45-8f9e-4453-a7c7-539ec660f714

Toy karvanında qaydaları kobud pozan sürücülər məsuliyyətə cəlb edilib.

Bakı Şəhər DYP İdarəsinin məlumatına əsasən, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntusu törədən 7 sürücü müəyyən olunaraq saxlanılıb.

Patrulaz.az xəbər verir ki, avtoxuliqanlıq edən “VAZ-21214” markalı, 77-TH-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub.

Həmçinin “Chevrolet” markalı, 77-NT-048, “VAZ-2107” markalı, 77-EH-807”, “Khazar” markalı, 90-YN-188, “Ravon” markalı, 77-MV-697, “Lada” markalı, 77-YC-121, “Daewo” markalı, 99-RC-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.

media-1c4f19e4-f5b6-422b-ab7b-b73861149a23 media-716d4eeb-b643-4469-9492-e7c218067936 media-c462945d-ef8c-441a-85ac-8c49ecd0e4e7 media-83c8c624-f2ed-461a-a9a2-e30f3d5cb1b5 media-ac92928b-f291-445a-a8c6-8a3d22e02f7d media-5d8b3c9e-cc8d-49c7-b701-7d9f1cf9d92a


Bənzər xəbərlər