Tramp: “Husilər ABŞ-a təslim oldular, bombardmanlar dayandırılacaq!”
ABŞ Prezidenti Donald Tramp Oman vasitəsilə ABŞ və husilər arasında atəşkəs razılaşmasının əldə edildiyini və Yəmənin bombardmanının dayandırılacağını açıqlayıb.
Patrulaz.az “Aljazeera”ya istinadən xəbər verir ki, Tramp Ağ Evdə keçirilən görüşdə Husilərin ABŞ-ə təslim olduğunu və bundan sonra Yəmənə qarşı gündəlik hava zərbələrini dayandırmağı qərara aldıqlarını bəyan edib. “Husilər bizə döyüşmək istəmədiklərini bildirdilər və biz buna hörmət edəcəyik”, – deyə Tramp bildirib.
Oman xarici işlər naziri Bədr Əlbusaidi ABŞ və husilər arasında atəşkəs razılaşmasının Oman Sultanlığının vasitəçiliyi ilə əldə edildiyini təsdiqləyib. “Tərəflər, o cümlədən Amerika gəmilərini Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında hədəfə almayacaqlar”, – Əlbusaidi bildirib.
Qeyd edək ki, atəşkəs razılaşması həmçinin, ABŞ gəmiçiliyinə qarşı hər hansı hücumların dayandırılmasını və Yəməndə gərginliyin azalmasını nəzərdə tutur. Razılaşmanın İran-Amerika münasibətləri ilə əlaqəli olduğu da müzakirə olunur, çünki İran Husiləri bu gərginliyin azaldılmasına kömək etməyə çalışıb.
Gülbəniz Səfərova