media-6f799168-5688-4478-b8c9-969e8fcffe10

Donald Tramp “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımda Amerikanın film sənayesinin çox sürətli şəkildə “ölməkdə” olduğunu bildirib.

Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, digər ölkələrin film istehsalçılarını və studiyalarını ABŞ-dan uzaqlaşdırmaq üçün hər cür təşviq təqdim etdiklərinə diqqət çəkən Tramp, “Hollivud və ABŞ daxilindəki bir çox bölgə sözün əsl mənasında xarabalığa çevrilir,” deyə qiymətləndirmə aparıb.
Tramp bu vəziyyətin digər ölkələrin qəsdən atdığı addımların nəticəsi olduğunu və buna görə də milli təhlükəsizlik üçün təhdid təşkil etdiyini vurğulayaraq, bunun eyni zamanda bir mesaj və təbliğat vasitəsi olduğunu qeyd edib.
ABŞ prezidenti Tramp, “Bu səbəbdən Ticarət Nazirliyinə və ABŞ Ticarət Nümayəndəliyinə xarici ölkələrdə istehsal edilən və ölkəmizə gətirilən bütün filmlərə 100 faiz gömrük vergisi tətbiq olunması prosesini dərhal başlatmaq səlahiyyəti verirəm. Filmlərin yenidən Amerikada çəkilməsini istəyirik,” ifadələrini işlədib.

Ləman Sərraf


Bənzər xəbərlər