Tramp Zelenski ilə müsahibəyə görə bu telekanalı məhkəməyə verir
ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski ilə müsahibə yayımlayan CBS News və “60 Dəqiqə” proqramını yalan xəbər yaymaqda ittiham edərək, telekanalın lisenziyasını ləğv etməklə hədələyib.
Patrulaz.az “Unian”a istinadən xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Demək olar ki, hər həftə, 2024-cü il prezident seçkilərində uğursuz namizəd Kamala Harris ilə müsahibə zamanı baş verən saxtakarlıqlara görə milyardlarla dollarlıq iddialarla üzləşən ‘60 Dəqiqə’ proqramında adım alçaldıcı və böhtan xarakterli şəkildə hallanır”, – deyə Tramp paylaşımında yazıb.
Donald Tramp şəbəkənin onunla bağlı yayımladığı iki xəbərdə – Ukrayna və Qrenlandiya ilə bağlı – faktların təhrif edildiyini bildirib.
ABŞ Prezidenti qeyd edib ki, o, proqramı “fırıldaqçı hesabatlar”ına görə məhkəməyə verəcək.
Ləman Sərraf