media-766ccac6-6795-4f19-bc06-b98ef90ce86e

ABŞ Prezidenti Donald Tramp 8 may tarixini ölkədə İkinci Dünya Müharibəsində qazanılmış qələbənin qeyd olunacağı xüsusi gün elan edib.

Patrulaz.az “Military Times”a istinadən xəbər verir ki, Tramp bu təşəbbüslə ABŞ-nin qələbədəki roluna diqqət çəkmək və Avropa ölkələrində olduğu kimi bu günü rəsmi şəkildə qeyd etmək istəyir. O, sosial şəbəkədə yazıb: “Biz hər iki Dünya Müharibəsində qalib gəldik, amma bunu heç vaxt layiqincə qeyd etmədik. Bu, liderlik çatışmazlığının nəticəsidir. Biz qələbələrimizi yenidən qeyd etməyə başlayacağıq!”

Qeyd edək ki, Tramp 2025-ci il mayın 8-nin “İkinci Dünya Müharibəsində Qələbə Gününün qeyd olunduğu gün” kimi tanınması ilə bağlı bəyannamə imzalayıb.

Xatırladaq ki, İkinci Dünya Müharibəsində iştirak etmiş 16,4 milyon amerikalıdan bu gün yalnız 66 min nəfəri həyatda qalmaqdadır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər