Türk futbolçu sevgilisinə stadionda evlilik təklifi etdi
Nevşehirdə keçirilən Birinci Həvəskar Liqa oyununda “Derinkuyugücü” komandasının futbolçusu Ahmet Furkan Şahin sevgilisi Ceren Ayazoğluna evlilik təklifi edib.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir verir ki, Qazi Stadionunda baş tutan Birinci Həvəskar Liqa qarşılaşmasında Derinkuyugücü komandası Hisarsporu 2:0 hesabı ilə məğlub edib. Derinkuyugücü futbolçusu Ahmet Furkan Şahin isə oyundan əvvəl sahəyə “Mənimlə evlənərsənmi?” sözlərinin yazıldığı plakatla çıxaraq sevgilisi Ceren Ayazoğluna evlilik təklifi edib. Şahinin komanda yoldaşları da bu xüsusi ana şahidlik ediblər. Ceren Ayazoğlunun “bəli” cavabından sonra Ahmet Furkan Şahinin komanda yoldaşları alqış və fişənglərlə cütlüyü təbrik ediblər. Digər tərəfdən, Derinkuyugücü çempion olaraq kuboku gənc cütlük ilə birlikdə qaldırıb.
Ləman Sərraf