Türkiyədə bu şəhər zəlzələ baxımından ən təhlükəli yer seçildi
Muğla Türkiyədə ən çox zəlzələ baş verən şəhər seçilib.
Patrulaz.az “Kanal46″ya istinadən xəbər verir ki, son bir ayda Türkiyə və ətraf bölgələrdə 3279 zəlzələ qeydə alınıb. Mərmərə dənizi və Kütahyada seysmik fəallığın artması müşahidə olunub. Rəqəmlər göstərir ki, Muğla bu dövrdə 2765 zəlzələ ilə ən çox yeraltı təkanın baş verdiyi şəhər olub.
Xatırladaq ki, İstanbulda 23 aprel tarixində 6.2 maqnitudalı zəlzələ baş vermişdi. Mütəxəssislər zəlzələlərin sayının artmasının Şimali Anadolu Fay Xətti və digər aktiv tektonik bölgələrdə gərginliyin davam etdiyini göstərdiyini bildirir.
Zəlzələ riskinə qarşı hazırlıqlı olmağın vacibliyini vurğulayan AFAD bu ifadələri işlədib: “Zəlzələlər həyatımızın reallığıdır. Təhlükəni azaldan yeganə yol, qabaqlayıcı tədbirlərlə hazırlıqlı olmaqdır”.
Qeyd edək ki, AFAD tərəfindən hazırlanan xəritəyə əsasən, Aksaray, Niğde, Karaman, Nevşehir və Ankara kimi şəhərlər zəlzələ riski ən aşağı olan ərazilər sırasındadır. Bu ərazilərin aktiv fay xətlərindən uzaq olması və geoloji baxımdan daha sabit quruluşa malik olmaları əsas amillərdən sayılır.
Gülbəniz Səfərova