Türkiyənin Gümüşhane Universitetində tələbələr Xocalı soyqırımını anmaq üçün xüsusi tədbir təşkil ediblər - VİDEO
Türkiyənin Gümüşhane Universitetində tələbələr 1992-ci ildə baş vermiş Xocalı soyqırımını anmaq üçün xüsusi tədbir təşkil ediblər. Universitetin daxilində keçirilən tədbirdə Azərbaycan və Türkiyə bayraqları dalğalanıb, iştirakçılar Xocalı faciəsinin qurbanlarını yad ediblər.
Patrulaz.az xəbər verir ki, tələbələr Xocalı soyqırımı ilə bağlı müxtəlif pankartlar və afişalar nümayiş etdirərək, faciənin unutdurulmaması üçün cəmiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.
Onlar, bu cür tədbirlərin iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini sübut ediblər
Qeyd edək ki, Xocalı soyqırımı 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş və nəticədə 613 nəfər dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və yaşlılar amansızcasına qətlə yetirilmişdi.