media-img_6430

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin səhhətinin yaxşılaşmağa davam etdiyi bildirilir.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Vatikan ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə iki həftədir Romadakı Gemelli Xəstəxanasında müalicə alan və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Açıqlamada Papanın sağlamlıq vəziyyətinin yaxşılaşmağa doğru getdiyi bildirilib. Papa Fransisk səhər saatlarını tənəffüs fizioterapiyasına və istirahətə həsr edib, günorta isə fizioterapiya seansından sonra 10-cu mərtəbədəki şəxsi mənzilində kiçik kilsədə dua edib. Vatikanın səhər saatlarında verdiyi qısa açıqlamada Papanın gecəni sakit keçirdiyi qeyd edilib.


Bənzər xəbərlər