media-images-2

Bir çox insan özünü daha enerjili hiss etmək, immunitetini gücləndirmək və ya hər hansı narahatlığını aradan qaldırmaq üçün vitamin və qida əlavələrinə müraciət edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, faydalı hesab olunan bu vasitələrin nəzarətsiz istifadəsi bəzi hallarda sağlamlıq üçün risk yarada bilər.

Bəs vitamin və qida əlavələrini həkim məsləhəti olmadan qəbul etmək nə dərəcədə təhlükəlidir və hansı fəsadlara səbəb ola bilər?

Bu barədə ailə həkimi Dr. Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki, vitaminlər həkim məsləhəti olmadan qəbul edilərsə, ehtiyac olmadığı halda zərər verə bilər:

“Bəli, təhlükəli ola bilər. Vitaminlər faydalı olsa da, onları ehtiyac olmadan qəbul etmək həmişə düzgün deyil.Əvvəla, hər bir vitaminə ehtiyacın olub-olmamasını yalnız müayinə və analizlər göstərə bilər. Çatışmazlıq olmadığı halda əlavə qəbulun faydası olmaya, hətta zərər vermə ehtimalı yarana bilər.Bəzi vitamin və qida əlavələri qəbul edilən dərmanlarla qarşılıqlı təsirə girərək əlavə risklər yarada bilər. Bundan başqa, xüsusilə A, D, E və K vitaminlərinin həddindən artıq qəbulu orqanizmdə toplanaraq toksik təsir göstərə bilər”.

media-media-inshot_20260513_201833396-o2kq1h

Həkimin sözlərinə görə, müasir tibbi tövsiyələrə görə vitamin və qida əlavələri yalnız ehtiyac olduqda, düzgün dozada və həkim məsləhəti ilə, analizlər əsasında qəbul edilməlidir:

“Müasir tibbi tövsiyələrə görə vitamin və qida əlavələri yalnız ehtiyac olduqda, düzgün dozada və həkim məsləhəti ilə qəbul edilməlidir.Ən doğru yol əvvəlcə həkimə müraciət etmək, lazım gələrsə analiz vermək və bundan sonra müalicə planını müəyyənləşdirməkdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər