Xaçmazda “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirildi – VİDEO
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində “Təmiz hava” aylığı ilə bağlı tədbir keçiriblər.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Patrulaz.az-a verilən məlumata görə, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb.
Belə ki, saxlanılan 135 nəqliyyat vasitəsindən 20-sinin sürücüsü barədə protokol tərtib olunub.
Sürücülərin diqqətinə nasaz nəqliyyat vasitələrinin idarə edilməsinin təhlükəli olduğu çatdırılıb.
YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdırlar.