media-60cb46e5-7608-47b5-86d0-f7adfe19c2bc

Yasamalda sürücü qanunsuz olaraq səki üzərində avtomobil saxlayıb.

Patrulaz.az-a verilən məlumata görə, Yasamal rayonu, “Moskva pr. 31/68 Main” yaşayış kompleksi önündə “JAC” markalı “99-PC-025” dövlət nişanlı avtomobil sürücüsü qanunsuz şəkildə avtomobilini səki üzərində park edib.

Hadisə yerində çəkilən şəkillərdən birində avtomobilin yolun kənarında deyil, səki üzərində yerləşdiyi açıq şəkildə görünür. Səkilərin əsasən piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulduğunu nəzərə alaraq, bu davranış qanunsuz park etmə kimi qiymətləndirilir.

Xatırladaq ki, səki üzərində avtomobil park etmək qanunla qadağandır və sürücülərin bu cür davranışları cərimə ilə nəticələnə bilər.

media-e8e4e08e-9db3-4989-a971-18bffeefcace media-bf5080ca-4a3d-434f-9c4e-d347e021662a


Bənzər xəbərlər