19 bıçaq zərbəsi alan 6 yaşlı uşağın SON VƏZİYYƏTİ
Fevralın 4-də Ağcabədi rayonunda 19 bıçaq zərbəsi alan 6 yaşlı uşağın vəziyyəti yaxşılaşıb.
Patrul.az “Manset.az”a istinadən xəbər verir ki, azyaşlı müalicə üçün evə buraxılıb:
“04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlıya göstərilən zəruri tibbi xidmətdən və həkimlərin çoxsaylı səylərindən sonra pasiyent kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, tibb müəssisəsinə şiddətli qanaxma ilə daxil olan azyaşlı üzərində cərrahi əməliyyat icra olunub. Əməliyyatdan sonra Reanimasiya şöbəsinə müvafiq medikamentoz müalicə tədbirləri uğurla davam etdirilib.






