90-AK-900 qaydanı pozdu, üstəlik qarşı tərəfi günahlandırdı - VİDEO
18.04.2026-cı il tarixində paytaxtın Babək prospektində kobud qayda pozuntusu qeydə alınıb.
Patrul.az xəbər verir ki, 90-AK-900 dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən birinci zolaqdan birbaşa dördüncü zolağa keçməyə cəhd edib. Bu təhlükəli manevr nəticəsində yolda digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaranıb.
Hadisə zamanı qarşı tərəfdə hərəkətdə olan sürücü qəzanın qarşısını almaq məqsədilə ani tormozlanma edib və səs siqnalından istifadə etməli olub.
Daha sonra qayda pozan sürücü avtomobilini saxlayaraq yaranmış vəziyyətə görə digər sürücünü günahlandırmağa çalışıb.
Qeyd edək ki, bu cür məsuliyyətsiz davranışlar təkcə yol hərəkəti qaydalarına hörmətsizlik deyil, eyni zamanda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Unudulmamalıdır ki, bir anlıq səhlənkarlıq ağır nəticələrə səbəb ola bilər.






