media-338c5638-d6e9-4d7b-9418-8183f3e304ba

Redaksiyamıza müraciət edən vətəndaş şəkil göndərərək parklanma ərazisində xidmət aparan “AzParking” bələdçisinin iş vaxtı alkoqollu içki qəbul etdiyini iddia edib.

Məsələ ilə bağlı Patrul.az-ın sorğusuna cavab olaraq “AzParking” aşağıdakı açıqlamanı verib:

“Vətəndaşın sosial şəbəkədə parklanma ərazisində xidmət aparan “AzParking” bələdçisinin alkoqollu içki qəbul etdiyi iddiası ilə bağlı bildiririk ki, məsələ tərəfimizdən dərhal nəzarətə götürülmüş və araşdırma aparılmışdır.

Araşdırma nəticəsində məlum olmuşdur ki, əməkdaşımızın istifadə etdiyi içki tamamilə alkoqolsuz içkidir. Əməkdaşda heç bir alkoqol qoxusu və ya sərxoşluq əlaməti aşkarlanmamış, iddianın tamamilə əsassız olduğu müəyyən edilmişdir.

Bildiririk ki, yay aylarında havaların isti keçməsi ilə əlaqədar, gün boyu açıq havada fəaliyyət göstərən bələdçilərimizin sərinləşdirici içkilər qəbul etməsi təbiidir.

“AzParking” tərəfindən bələdçi əməkdaşların daxili nizam-intizam qaydalarına riayət etməsi daim diqqət mərkəzində saxlanılır və bu günə qədər heç bir əməkdaşımız tərəfindən bu cür qayda pozuntusuna yol verilməmişdir.”

media-96d05b0e-fd5d-4bf0-a32c-8a66abb0801b media-89f577f9-4919-4fa4-983f-925cd9bd559a media-608e994a-2e2c-428e-8854-ced72d75330f media-881b303b-7550-4637-a6f2-e714e54683bf


Bənzər xəbərlər