media-2c973424-995e-41b2-8130-c2d6f8453503

Patrul.az redaksiyasına daxil olan müraciətdə vətəndaş Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən 7 nömrəli poliklinikada növbə sistemi ilə bağlı narazılığını ifadə edib.

Şikayətçinin sözlərinə görə, 22.06.2026-cı il tarixində poliklinikada həkim qəbuluna yazılmaq üçün vətəndaşlar növbədə gözlədikləri halda, bəzi şəxslərin sənədləri poliklinika əməkdaşları tərəfindən növbədənkənar qəbul edilərək qeydiyyata salınıb.

Müraciətdə bildirilir ki, bu vəziyyət növbədə gözləyən vətəndaşların narazılığına səbəb olub. Şikayətçi məsələ ilə bağlı iradını bildirdikdə isə ona bunun digər poliklinikalarda da tətbiq olunan praktika olduğu bildirilib.

Qaldırılan iddialarla bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Günay Salayeva


Bənzər xəbərlər