media-17506495665347656200_1200x630

23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün dövlət idarəçiliyində çalışan şəxslərin fəaliyyətinə verilən dəyərin ifadəsidir.

Patrul.az xatırladır ki, bayram Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis edilib. Tarixin seçilməsi isə təsadüfi deyil – 23 iyun eyni zamanda BMT tərəfindən Dövlət Qulluğu Günü elan olunub.

Azərbaycanda dövlət qulluğu sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar idarəetmənin səmərəliliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu gün ölkənin inkişafında mühüm rol oynayan bütün dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik olunur.


Bənzər xəbərlər