64 yaşlı kişi asılmış, həyat yoldaşı isə ölü vəziyyətdə tapıldı
Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.
Patrulaz.az xəbər verir ki, şəhər ərazisindəki yaşayış evlərindən birində 64 yaşlı Mustafa Babayev asılmış vəziyyətdə, həyat yoldaşı 63 yaşlı Sayalı Babayeva isə heç bir zorakılıq izi olmadan ölü halda tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyitlər müayinə üçün morqa aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.






