74 yaşlı qadına zorakılıq edən şəxs cinayətini etiraf etdi
Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və soyğunçuluq hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.
Patrulaz.az xəbər verir ki, iyunun 4-də 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov hadisə ilə əlaqədar şübhəli şəxs qismində tutulub. O, vəkilinin iştirakı ilə aparılan ilkin ifadəsi zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.






