media-inshot_20250923_081314007

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadefulla görüşüb.

Patrulaz.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri öz X hesabında paylaşım edib.

“Biz Azərbaycan-Almaniya əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləyişi, digər əsas regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Həmçinin, avqustda Vaşinqtonda keçirilən tarixi sammitin regionda və ondan kənarda sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətindən danışılıb”, – C.Bayramov vurğulayıb.


Bənzər xəbərlər