media-inshot_20250813_111500901

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qadın avtobus sürücülərinin hazırlanması üzrə təlim proqramına start verib.

Patrulaz.az xəbər verir ki, proqram çərçivəsində namizədlər həm nəzəri, həm də praktiki hazırlıqdan keçirlər.

Təlim yalnız idarəetmə bacarıqlarını deyil, həm də etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edir. Xüsusi olaraq, əlilliyi olan şəxslərlə düzgün ünsiyyət qaydalarına diqqət yetirilir.

Agentlikdən verilən məlumata görə, praktiki mərhələdə baxış bucağının düzgün qurulması, manevr etmə, dayanma və durma qaydaları öyrədilir. Xüsusi vurğu isə çətin yol şəraitində idarəetmə, ön və arxa hərəkətlə təhlükəsiz parklanma, döngələrdə düzgün trayektoriyanın seçilməsi və təhlükəsiz məsafənin qorunmasına edilir.

Bundan başqa, gələcək sürücülərə müxtəlif yol vəziyyətlərində yol-nəqliyyat hadisələri riskinin minimuma endirilməsi ilə bağlı bilik və bacarıqlar aşılanır.

media-img_20250813_111142_402 media-img_20250813_111119_699 media-img_20250813_111120_371


Bənzər xəbərlər