"Velizarın" bu davranışı cəmiyyətdə birmənalı qarşılanmadı - VİDEO
Patrul.az xəbər verir ki, “Arzum 999” kimi tanınan TikToker İlduzə Hacıyevanın bu gün keçirilən məhkəmə prosesi cəmiyyətin diqqət mərkəzində olub. Məhkəmə binasının qarşısına onu dəstəkləmək üçün bir sıra TikTokerlər də toplaşıb. Onların arasında “Vəlizar” kimi tanınan Salman Məmmədov da olub.
Lakin diqqət mərkəzinə düşən dəstək deyil, məhz onun kameralar önündə sərgilədiyi davranış olub. Videobloqer Ata Abdullayev canlı yayım açdığı zaman Salman Məmmədovun etdiyi hərəkət cəmiyyət tərəfindən kobud və təhqiramiz davranış kimi qiymətləndirilib.
Ata Abdullayev isə buna münasibət bildirərək qeyd edib ki, həmin hərəkəti təkcə özünə qarşı deyil, canlı yayımı izləyən minlərlə insana qarşı da hörmətsizlik kimi qəbul edir.
Salman Məmmədov, siz həmin ünvana gedərkən orada jurnalistlərin, media nümayəndələrinin və çoxsaylı kameraların olacağını bilirdiniz. Bunu bildiyiniz halda, həmin hərəkətlə nəyi nümayiş etdirmək, ictimaiyyətə hansı mesajı vermək istəyirdiniz?
Bəzən bir anın içində edilən bir hərəkət insanın xarakteri və davranışı haqqında uzun-uzadı sözlərdən daha çox şey deyir. Məhkəmə kimi ciddi bir məkanda, kameraların və minlərlə izləyicinin qarşısında nümayiş etdirilən bu davranış açıq şəkildə hörmətsizlik nümunəsi kimi qiymətləndirilə bilər.
İzləyici toplamaq çətin deyil. Lakin həmin izləyicinin hörmətini qazanmaq və onu qorumaq hər kəsin bacardığı iş deyil.
Bu gün yadda qalan Arzum 999-a verdiyiniz dəstək yox, məhz etikadan uzaq və uğursuz davranışınız oldu.






