media-img-20260702-wa0128

Yay aylarında yüksək temperatur və güclü günəş şüaları sağlamlığa müxtəlif təsirlər göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bəzi dərmanların qəbulu zamanı günəşə məruz qalmaq arzuolunmaz reaksiyalara səbəb ola bilər.
Bəs yay aylarında antibiotik və digər dərmanlardan istifadə zamanı günəşin və isti havanın təsiri varmı? Hansı preparatlar qəbul edilərkən xüsusi ehtiyatlı olmaq lazımdır?

Bu barədə ailə həkimi Dr. Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki,antibiotiklərin hamısı deyil, yalnız bəzi preparatlar günəş şüalarına qarşı dəri həssaslığını artıraraq yanıq riskini yüksəldə bilər:

“Elmi baxımdan desək, günəş şüalarının antibiotiklərin və əksər dərmanların təsirini birbaşa azaltdığı və ya artırdığı sübut olunmayıb. Beynəlxalq klinik tövsiyələrə görə, problem günəşin dərmana təsiri deyil, bəzi dərmanların dərini ultrabənövşəyi şüalara daha həssas etməsidir. Bu səbəbdən antibiotik qəbul edən hər kəsin günəşdən uzaq durması lazım deyil. Yalnız müəyyən preparatlar, xüsusilə doksisiklin və bəzi ftorxinolonlar, fotosensitivlik yarada bilər. Bu halda günəş altında dəri qızartısı və ya yanıq riski arta bilər”.

media-whatsapp-image-2026-07-02-at-17-48-00

Həkim qeyd edir ki,yüksək temperatur dərmanların təsirini dəyişməsə də, bəzi preparatlar qəbul edilərkən susuzlaşma və günəşə həssaslıq riskinə qarşı ehtiyatlı olmaq tövsiyə edilir:

“Yüksək temperatur da antibiotiklərin təsirini dəyişmir. Lakin isti havada maye itkisi artdığı üçün sidikqovucular və bəzi ürək-damar dərmanları qəbul edən şəxslərdə susuzlaşma riski yüksələ bilər. Yəni günəş şüalarının dərmanlara birbaşa mənfi təsiri yoxdur. Ehtiyat tədbirləri yalnız fotosensitivlik yaradan müəyyən preparatlar qəbul edilərkən lazımdır. Bu yanaşma müasir beynəlxalq klinik tövsiyələrə və sübuta əsaslanan tibb prinsiplərinə əsaslanır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər