media-inshot_20260702_192908807

“Hər bir dövlətin təhlükəsizliyinin təmin olunmasında, ictimai asayişin qorunmasında hüquq-mühafizə orqanları, o cümlədən, polis xüsusi rola malikdir”.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Patrul.az-a 2 İyul- Azərbaycan Polisi Günü barədə şərh edərkən səsləndirib.

Millət vəkili, Azərbaycan Polisinin ötən dövrdə dövlətçiliyimizin möhkəmlənməsinə verdiyi töhfəni vurğulayaraq əlavə edib:

media-img-20260702-wa0111

“Xüsusilə XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ordusu hələ formalaşmamışkən, dövlət polisimiz öz üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi.
Bu gün də Azərbaycan polisi ağır və şərəfli bir vəzifəni yerinə yetirir, üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlməyə çalışır”.

Sonda isə C.Məmmədov 108 yaşının tamam olması münasibətilə bütün polislərimizi səmini qəlbdən təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ləman Sərraf


Bənzər xəbərlər