media-79fe0f5b-3b55-46be-834a-a958940254bc

Patrul.az redaksiyasına videogörüntü ilə müraciət edən vətəndaş Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsindən Yanardağ istiqamətinə gedən avtomobil yolunun bərbad vəziyyətdə olması ilə bağlı şikayət ünvanlayıb.

Vətəndaşın sözlərinə görə, yolun asfalt örtüyü demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb. Çala və qabarların çoxluğu səbəbindən sürücülər nəqliyyat vasitələrini normal idarə etməkdə çətinlik çəkirlər.

Videogörüntülərdən də aydın görünür ki, yolun vəziyyəti o qədər acınacaqlıdır ki, avtomobillər təhlükəsizlik baxımından saatda 5-10 km-dən artıq sürətlə hərəkət edə bilmirlər. Bu isə həm nəqliyyatın hərəkətini ləngidir, həm də avtomobillərin texniki vəziyyətinə ziyan vurur.

Sakinlər və sürücülər aidiyyəti qurumlardan sözügedən yolun təmir olunmasını, problemin qısa zamanda aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini xahiş edirlər.

Günay Salayeva


Bənzər xəbərlər