media-inshot_20260330_142313127

Nərimanov rayonunda bir nəfərə məxsus “Changan” markalı avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Patrul.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Qabil Kərimov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun paytaxt ərazisində daha 2 avtomobildən ümumilikdə 580 manat, qol saatı və boyunbağı oğurladığı da müəyyən olunub.

Qeyd edək ki, Q.Kərimovun etdiyi əməllər təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb

Faktlarla bağlı araşdırma aparılır.

media-whatsapp_image_2026_03_30_at_112751_1774855782


Bənzər xəbərlər