media-cb16550e-f879-493f-988d-114611e0fdc5

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Patrul.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 5, eləcə də rayon ərazisində avtoxuliqanlıq edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan 1 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar.


Bənzər xəbərlər