media-inshot_20250606_230609517

Azərbaycan-Ermənistan sərhədində ötən gecə itkin düşən iki erməni yeniyetmə tapılaraq ölkələrinə təhvil verilib.

Patrulaz.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin icma rəhbəri David Qulunts “Azatutyun”a verib. Onun sözlərinə görə, hər iki şəxs 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaquns hazırda kəndə qayıdıb və öz ailələrinin yanındadır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti də yeniyetmələrin tapıldığını və hazırda Ermənistanda olduqlarını təsdiqləyib.

“Azərbaycan ərazisinə keçdikləri ehtimal edilən şəxslər tapılıb və ölkəyə qaytarılıb. Detallı məlumat veriləcək”,– deyə qurumun açıqlamasında bildirilib.

Qeyd edək ki, Ermənistan MTX bu gün səhər saatlarında Sünik vilayətinin Tex kəndindən olan iki yeniyetmənin 6 iyun tarixində saat 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq itkin düşdüyü barədə məlumat yaymışdı. Onların Azərbaycan sərhədini keçdiyi ehtimal olunurdu.

Hadisə ilə bağlı Azərbaycan tərəfi hələlik rəsmi açıqlama verməyib.


Bənzər xəbərlər