Keçən il qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib.

Patrulaz.az   xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan 2024-cü il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”də öz əksini tapıb.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4 min 337 müraciətdən 3 min 963-nə (91,4%) baxılıb, 129-u (3%) aidiyyəti üzrə göndərilib, 245 (5,6%) müraciət isə baxılmaqdadır.

Məruzədə vurğulanıb ki, ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 2 min 668 aktdan 1416-sı (53,1%) ləğv edilib, 1133-ü (42,5%) dəyişdirilib, 9 (0.3%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 110 (4,1%) təklif isə baxılmaqdadır.

Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.


Bənzər xəbərlər