İyunda ən çox yağıntı bu zonaya düşüb | “Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir” | Prezidentin Lyayenlə geniş tərkibdə görüşü oldu – FOTOLAR | İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşdü – FOTOLAR | Lyayendən Bakı səfərinə dair açıqlama: “Aİ ilə Azərbaycan arasında tərəfdaşlığı dərinləşdirmək istəyirik” | Respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir – SORĞU – FOTO |
media-img_3207

“Azərsun Holdinq” şəkər çuğunduru becərilməsinin inkişafı, fermerlərin bilik və bacarıqlarının artırılması, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi məqsədilə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin dəstəyi ilə Bərdə, Ağdam və Tərtər rayonlarında fermerlərlə silsilə maarifləndirici görüşlər təşkil edib.

Patrul.az xəbər verir ki, görüşlər çərçivəsində fermerlər şəkər çuğundurunun düzgün becərilmə texnologiyası, aqrotexniki qaydalara riayət olunması, məhsuldarlığın artırılması yolları, bitkinin qidalanma sistemi və müasir becərmə yanaşmaları barədə ətraflı məlumatlandırılıb.

Maarifləndirici görüşlərdə müvafiq sahə üzrə mütəxəssislər fermerlərlə bilik və təcrübə mübadiləsi aparıblar.

Nəticə etibarı ilə bölgələrdə şəkər çuğunduru əkininə marağın artdığı müşahidə olunub ki, bu da gələcəkdə yerli xammal bazasının möhkəmləndirilməsi və davamlı kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“Azərsun Holdinq” bundan sonra da fermerlərin maarifləndirilməsi, yüksək məhsuldarlığın təmin olunması və şəkər çuğunduru istehsalının inkişafı istiqamətində dəstək tədbirlərini davam etdirəcək.


Bənzər xəbərlər