media-inshot_20250613_095835677

Naxçıvanda sosial şəbəkələrdə qadın adları ilə saxta profillər yaradaraq insanları aldadan şəxs polis tərəfindən saxlanılıb.

Patrulaz.az “Report”a istinadən xəbər verir ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qadın kimliyi ilə saxta profillər yaradıb, həmin profillər vasitəsilə vətəndaşların etimadını qazanaraq onları aldadan və maddi vəsaitlərini mənimsəyən 23 yaşlı Elməddin Babayev tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, E. Babayev sosial şəbəkələrdə fiziki məhdudiyyətli azyaşlıların şəkillərini paylaşaraq onları öz övladı kimi təqdim edib və reallığa uyğun olmayan məlumatlar yayıb.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər