media-inshot_20250610_201740046

Bakıda ipoteka ilə bağlı dələduzluq hadisəsi qeydə alınıb.

Patrualz.az xəbər verir ki,” Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Vahid adlı şəxs hərbi xidmətdə olan vətəndaşa  mənzil almaq üçün ipoteka prosesində kömək edəcəyini vəd edib və bu məqsədlə ondan 18 000 manat alaraq mənimsəyib.

Aldadılan hərbi qulluqçu hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Vahid saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü  maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, Vahid 2023-cü ildə də dələduzluq cinayətinə görə Xətai Rayon Məhkəməsi tərəfindən 2 il 9 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Bu dəfə isə cinayət işi Qaradağ Rayon Məhkəməsində araşdırılıb. Məhkəmə prosesində Vahid özünü yalnız qismən təqsirli bildiyini desə də, məhkəmə onun tam məsuliyyət daşıdığı qənaətinə gəlib.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Həmçinin əvvəlki cəzanın çəkilməmiş 2 il 5 ay 21 günlük hissəsi yeni cəzaya qismən əlavə edilib, eləcə də təcridxanada keçirdiyi 1 aylıq müddət nəzərə alınmaqla yekun olaraq 4 il 2 ay azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.


Bənzər xəbərlər