Bakıda İranla bağlantılı narkotik şəbəkəsi ifşa edildi
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı iki nəfər saxlanılıb.
Patrulaz.az “Publika.az”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qaradağ və Nərimanov rayonlarında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 32 yaşlı Orxan Kazımov və 31 yaşlı Sadıq Musayev tutularaq istintaqa cəlb olunublar.
Onlardan ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə olan tiryək, marixuana və metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik maddələri sosial şəbəkələr vasitəsilə əlaqə saxladıqları İran vətəndaşlarının göstərişi ilə Astara və Lənkəran rayonlarından Bakıya gətiriblər.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb və məhkəmə qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.






