Bakıda körpəsini dənizə atan ananı polis saxladı
Bakıda ana yeni doğulan uşağını dənizə atıb.
Patrul.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Türkan qəsəbəsi ərazisində qeydə alınıb.
Əldə etdiyimiz məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayəti törədən körpənin anası 41 yaşlı Pərvanə Eyvazova müəyyən olunaraq saxlanılıb.
Hazırda prokurorluqda araşdırmalar davam edir, körpənin meyitinin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.






