media-img_7333

Bakının Xətai rayonu, Xocalı prospektində piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alınıb.

Patrulaz.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları qeyd edilən ünvanda monitorinq keçirərək, piyada səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edib: “İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində özbaşına artırma işlərinin qarşısı alınıb”.


Bənzər xəbərlər