media-2539ab40-d3d9-43a0-92be-c6ffdfa1fdd4

Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan vətəndaşı Kənan Urfan oğlu Şərifov Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

Patrulaz.az-ın məlumatına görə, o, digərləri ilə birlikdə Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

K.Şərifov barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.


Bənzər xəbərlər