Binəqədi rayonundakı bu məhəllədə kim yaşayar? - VİDEO
Binəqədi rayonunda kanalizasiya problemi sakinləri narazı salıb.
Patrulaz.az-a verilən məlumata görə, Binəqədi rayonu, Gülüstan 15-ci döngədə yerləşən məhəllə antisanitariya şəraiti ilə üz-üzə qalıb.
Sakinlərin sözlərinə görə, ərazi kanalizasiya sularının daşması nəticəsində yararsız hala düşüb.
Qaynar xəttimizə daxil olan məlumata əsasən, problem uzun müddətdir ki davam edir. Sakinlərdən biri iddia edir ki, ərazidəki kanalizasiya xəttinin əsas hissəsi hansısa sahibkar tərəfindən alınıb.
Məhəlləyə daxil olan kanalizasiya suyunun görüntüsü də vəziyyətin ağırlığını göstərir və yolun bəzi hissələri tamamilə çirkab sularla örtülüb.
Xatırladaq ki, bu cür hallar təkcə yaşayış şəraitini çətinləşdirmir, həm də ciddi sanitariya və sağlamlıq problemlərinə yol aça bilər. Sakinlər şəhərin mərkəzinə yaxın ərazidə bu cür şəraitdə yaşamaqdan narazıdır və problemin aradan qaldırılması üçün hara müraciət edəcəklərini bilmirlər.
Qeyd edək ki, ərazidə daimi olaraq kanalizasiya sularının axması nəqliyyatın və piyadaların hərəkətində maneələr yaradır. Sakinlər aidiyyəti qurumlardan problemin tez bir zamanda aradan qaldırılmasını tələb edirlər.
Gülbəniz Səfərova