“Peşəkar aktyorlar geniş kütlə tərəfindən kifayət qədər tanınmır” – Nigar Ramazanova
“Patrulaz.az” xəbər portalının direktoru Nigar Ramazanova Şuşa Musiqili Dram Teatrını ziyarət edib.
Patrulaz.az xəbər verir ki, N.Ramazanova 10 mart-Milli Teatr Günü ərəfəsində teatra yollanaraq, tamaşa və aktyorların çıxışları ilə bağlı təəssüratlarını bölüşüb. O, teatrın peşəkar heyətindən məmnun qaldığını və aktyorların rollarını böyük ustalıqla, səmimi şəkildə canlandırdıqlarını vurğulayıb. Lakin N.Ramazanova teatr sənətinə və aktyorlara marağın az olmasından təəssüf hissi keçirdiyini bildirib. O qeyd edib ki, səhnədə olduqca təsirli və peşəkar oyun sərgiləyən aktyorlar geniş kütlə tərəfindən kifayət qədər tanınmır: “Halbuki, onların istedadı və zəhməti daha böyük auditoriyaya təqdim edilməyə layiqdir”.
Onun fikrincə, cəmiyyətin, xüsusilə də gənclərin teatra marağını artırmaq üçün müxtəlif təşəbbüslər irəli sürülməli, teatr sahəsinə maliyyə dəstəyi ayrılmalıdır. O, Azərbaycan kinoteatrlarının inkişafını nümunə göstərərək bildirib ki, bir zamanlar kino sənətinə də maraq az idi. Lakin müasir avadanlıqların tətbiqi və müxtəlif təşviqedici addımlarla kinoteatrlara olan maraq artırıldı. Eyni yanaşma teatr sahəsində də tətbiq olunsa, həm teatr sənətinə diqqət artar, həm də istedadlı aktyor və aktrisalar daha geniş auditoriyaya tanıdılar.