media-img_9574

Yaponiya artan ayı hücumlarına qarşı ehtiyat tədbiri olaraq yaşayış məntəqələrinə daxil olan “təhlükəli” heyvanların təcili şəkildə vurulmasına icazə verən yeni qanun qəbul edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanuna əsasən, qonur ayılar, Asiya qara ayıları və çöl donuzları “təhlükəli heyvanlar” sayılırdı.

Bu çərçivədə yerli hökumətlərə yaşayış məntəqələrinə daxil olan ayı və ya oxşar heyvanları aradan qaldırmaq üçün ovçulardan və ya səlahiyyətli personaldan silahlı müdaxilə tələb etmək səlahiyyəti verilib.

Bundan əlavə, qanuna əsasən, silahlı müdaxilə zamanı ictimai təhlükəsizliyi təmin etmək üçün bələdiyyə sədrlərinə nəqliyyat axınını məhdudlaşdırmaq və əraziləri boşaltmaq səlahiyyəti verilib. Lakin silahlı müdaxilə o zaman həyata keçirilə bilər ki, səlahiyyətlilər silahdan istifadə etmədən ayını tez bir zamanda ələ keçirə bilməsinlər və ətrafdakı insanların təhlükəsizliyi təmin olunsun.


Bənzər xəbərlər