media-cffuhn5nimps6kdryv555fpj6oelfaw5tqhn6l3q_1200-1

Sabunçu rayonu, Böyükşor qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi üç nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib.

Patrulaz.az “Oxu.az”a istinadən xəbər verir ki, iyunun 7-si saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Böyükşor gölü yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub. Təcili tibbi yardım briqadası dərhal əraziyə göndərilib.

TƏBİB-in yaydığı açıqlamada bildirilir ki, hadisə yerində üç kişi həkiməqədər həyatını itirib, 68 yaşlı kişi isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər