media-inshot_20260710_184549708

Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən marketlərdən birində alış-veriş edən zərərçəkənə məxsus, içərisində 300 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları olan çanta oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 50 yaşlı S.Absalamova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Bənzər xəbərlər