Akkumulyatorları satıb, velosiped də oğurlayan şəxs saxlanıldı
Abşeron rayonunda şirkətlərin birinə məxsus olan yük avtomobillərindən ümumi dəyəri 4000 manat olan akkumulyatorlar oğurlanıb.
DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Ə.Abbasov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun akkumulyatorları satdığı, habelə rayon ərazisində daha bir nəfərə məxsus velosiped və təmir-tikinti alətləri oğurladığı da müəyyən edilib.
Araşdırma aparılır.






