media-qeza

Suqovuşanda işçi qrupu daşıyan mikroavtobus aşıb.

Patrul.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza ötən gecə Suqovuşan ərazisində baş verib.

Belə ki, “Hyundai” markalı, 77 JZ 716 dövlət nömrə nişanlı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı dərəyə aşıb.

Qəza zamanı yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Əldə olunan məlumata görə, Suqovuşanda baş verən qəza zamanı 6 nəfər xəsarət alıb.

Qəzada xəsarət alan 6 nəfər işçidən üçünün vəziyyəti ağır olduğundan kəllə-beyin travması ilə Mingəçevir Regional Hospitala, digər xəsarət alanlar isə müayinə üçün Bərdə Diaqnostika Mərkəzinə göndərilib.


Bənzər xəbərlər