media-inshot_20260708_102657581

Balakən və Zaqatala rayonlarında yağan intensiv leysan yağışları bir sıra fəsadlara səbəb olub.

Patrul.az APA-nın Şimal-qərb bürosuna istinadən xəbər verir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Ən intensiv yağıntılar Balakən və Zaqatala rayonlarının inzibati ərazilərinə düşüb.

İyulun 7-si axşam saatlarından başlayan güclü yağışlar iyulun 8-nə keçən gecə daha da intensivləşib.

Böyük Qafqaz dağlarının cənub ətəklərinə yağan leysan nəticəsində Balakən, Katex, Hunbul, Tala, Muxax və digər çaylarda suyun səviyyəsi kəskin yüksəlib. Bəzi çaylardan qısamüddətli sel keçib, bəziləri isə məcrasından çıxmaq təhlükəsi ilə üzləşib.

Dağ çaylarının daşması nəticəsində bəzi yaşayış məntəqələrində həyətyanı sahələri sel suları basıb. Təbii hadisə nəticəsində əkin sahələrinə, o cümlədən taxıl, qarğıdalı, bostan-tərəvəz sahələrinə və fındıq bağlarına ziyan dəyib.

Hazırda Balakən və Zaqatala rayonlarında intensiv yağışlar davam edir.

media-6a4de44462cb66a4de44462cb717834896046a4de44462cb46a4de44462cb5 media-6a4de44492d516a4de44492d5217834896046a4de44492d4d6a4de44492d4f media-6a4de444c39f26a4de444c39f317834896046a4de444c39f06a4de444c39f1 media-6a4de444f396d6a4de444f396e17834896046a4de444f396b6a4de444f396c media-6a4de4452ef996a4de4452ef9a17834896046a4de4452ef976a4de4452ef98 media-6a4de4455f1df6a4de4455f1e017834896046a4de4455f1dd6a4de4455f1de


Bənzər xəbərlər